main-post-cover

    Tələsin! Outlast oyunu pulsuz verilir (VİDEO)

    Digər
    Oyun və Film
    22.09.2017
    Farid Pardashunas
    Humble Store servisi daha bir oyunu pulsuz verməklə istifadəçiləri sevindirməyə qərar verib.
    Bu dəfə oyunçulara son illərin ən yaxşı horror oyunlarından biri olan Outlast verilir. Beləliklə oyunçular Outlast Deluxe Edition-u pulsuz yükləyərək horror janrının artıq klassikası hesab olunan oyunu oynaya bilərlər. Oyunda hadisələr jurnalist Miles Upshur-un ətrafında cərəyan edir. O, sensasiyalı material tapmaq üçün psixiatriya müalicəxanasına yollanır. Qeyd etmək lazımdır ki, Outlast Deluxe Edition, orijinal oyunu və Whistleblower adlı DLC-ni özündə birləşdirir.

    Pulsuz oyunu əldə etmək üçün Humble Store saytında qeydiyyatdan keçmək, əldə olunmuş akkauntu, Steam-ə qoşmaq və Humble Store saytında oyunu səbətə əlavə etmək lazımdır. Bundan sonra sizin mail ünvanınıza iki ədəd açar şifrə göndəriləcək. Onlardan biri orijinal oyun üçün, digəri isə Whistleblower adlı DLC üçün nəzərdə tutulucaq. Qeyd etmək lazımdır ki bu aksiya sabah axşam saatlarına kimi davam edəcək. Paylanan açar şifrələr isə 7 Oktyabr tarixinə kimi aktiv şəkildə qalacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər