main-post-cover

    Steam'də 20$ olan oyun Humble Bundle'da pulsuz oldu: Darkness 2

    Digər
    Oyun və Film
    27.03.2018
    Nijat Hamid
    Bir zamanlar çox sevilən FPS oyunlarından olan Darkness seriyası bir çoxumuza tanışdı. Seriyanın 2-ci oyunu olan Darkness 2 Steam platformasında 20$ dəyərində bir qiymətə satılır. Dollar-Manat dəyişməsini nəzərə alanda 20$ biraz böyük məbləğ kimi gəlir. Bu anda Humble Bundle Store bizə öz təkliflərindən 1-ini edir və oyunu pulsuz şəkildə bizə verir.
    Humble Bundle Store-da Darkness 2 oyunu pulsuz oldu və bu oyunu pulsuz əldə etmək üçün sadəcə 2 gününüz var.    
    Oyunun studiyası ilk oyuna gələn tənqidləri nəzərə alıb Darkness 2 oyununu daha marağlı hala gətirmişdi. Belə ki, baş personaj olan Jackie Estacado 2 ilana bənzər varlıq ilə birlikdə silahlarıyla düşmənlərindən intiqam almaq üçün hazır şəkildə gözləyir. Oyunu pulsuz əldə etmək üçün Darkness 2 səyfəsinə giriş edirsiz. Loqin və parolu yazıb oyunu pulsuz əldə et hissəsini seçirsiz. Yazdığınız E-mail ünvanına oyunun Steam kodu göndəriləcək və bu kodu Steam proqramında yazaraq oyunu pulsuz yükləyə biləcəksiz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər