main-post-cover

    'Sega'nın klassik oyunları Android və iOS platformaları üçün pulsuz oldu (VİDEO)

    Digər
    Oyun və Film
    22.06.2017
    Farid Pardashunas

    “Sega” şirkəti, Sega Retro adlı retro-layihəni anons edib.

    Həmin layihə çərçivəsində uşaqlıqda həvəslə oynadığımız klassik Sega oyunları, Android iOS əməliyyat sistemli smartfonlar üçün pulsuz təqdim olunacaq. Hələki bu layihəyə əsasən 5 klasik oyun çıxacaq. Onlar daha əvvəllər Sega Mega Drive-ın 4-cü nəsli üçün çıxmışdılar. Lakin indi yeni smartfonlar üçün optimizasiya olunublar. Sözügedən oyunlar Sonic The Hedgehog, Altered Beast, Kid Chameleon, Comix ZonePhantasy Star 2-dir. Sözügedən oyunlar bir tətbiqlə inteqrasiya olunmaqdıqları üçün onları ayrı ayrılıqda yükləmək lazım olacaq. Onları bu linkdən yükləyə bilərsiniz. Bütün adı çəkilmiş oyunlar pulsuzdur. Lakin onları oynayan zaman sizin qabağınıza reklamlar çıxacaq. Həmin reklamları deaktiv etmək üçün 2$ vəsait ödəmək laızm gələcək. “Sega” hər iki həftədən bir bu layihə çərçivəsində sözügedən kolleksiyaya digər oyunları da əlavə etməyi planlaşdırır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər