main-post-cover

    Sabah təqdim olunacaq Far Cry 5 maraqlı xüsusiyyəti ilə diqqət çəkir

    Digər
    Oyun və Film
    26.03.2018
    Orxan Oguz
        UBİSOFT-un yeni oyunu Far Cry 5-in 10 dəqiqədə yekunlaşdığı üzə çıxıb. 2004-cü ildə həyatımıza daxil olan Far Cry seriyası hər il özünü təkrarlayaraq inkişaf etdirilmiş qrafikalarla qarşımıza çıxır. Far Cry 4 ilə yüksəliş dövrünə keçən Far Cry bu yüksəlişini sabah çıxacaq yeni oyunu Far Cry 5 ilə davam etdirmək istəyir.
        Sərt mövzusu ilə diqqət çəkən Far Cry 5-in oynama videoları oyun çıxmazdan əvvəl YouTube portalında yayınlanmağa başlayıb. Eurogamer saytı isə Far Cry 5-in 10 dəqiqə ərzində yekunlaşa biləcəyini çəkdiyi video ilə təsdiqlədi. Bildiyiniz kimi, Far Cry 4-ün əvvəlində Pagan Min sizi qaçırtdıqdan sonra ''məni 15 dəqiqə gözlə gəlirəm'' deyir və otaqdan çıxır. Əgər qaçmayıb 15 dəqiqə ərzində otaqda gözləsəniz Pagan Min geri qayıtdığı zaman sizə təşəkkür edir və sizi oyunun sonuna aparır. Buna oxşar easter egg-in Far Cry 5-də də yer verilməsinin olduqca gözəl olduğunu düşünürük.

    Linki kopyala