main-post-cover

    PUBG Mobile rekord kırdı

    Digər
    Oyun və Film
    24.03.2018
    Nijat Hamid
    Bir müddət əvvəl mobil cihazlar üçün çıxan PlayerUnknown's Battlegrounds Mobile və ya PUBG Mobile haqqında məqalə yazmışdıq. Bu xəbərimizdə oyundan ətraflıca danışmışdıq. Bu linkdən məqaləmizi oxuya bilərsiniz. Çıxar-çıxmaz oyun bir çox insan tərəfindən yüklənildi və çox da bəyənildi. Elə ki, artıq oyun tətbiq marketlərində ən çox yüklənən oyun olaraq 1-ci sıraya oturdu. Hal-hazırda 100-dən çox ölkədə oyun ilk sıralarda yerini tutub və bunu sadəcə 1 həftədən az bir vaxt ərzində etdi.
    PUBG Corp və Tencent oyunu mükəmməl etmək üçün çox çalışdıqlarını dedi.    
    PC Xbox konsollarındaki versiyanın eynisi olan "Battle Royale" tipli oyun digər rəqiblərindən daha çox rəğbət gördü. Tencent şirkətinin dediklərinə görə PUBG Mobile üçün çox çalışırlar və oyuna yenilənmələrin gəlməsi uzun müddət davam edəcək. Ölkəmizdə də bir çox oyunsevər dollar-manat valyutasına görə ala bilmədiyi PUBG oyununu mobil cihazlarda eyni dərəcədə test edib oynaya biləcəklər. Bundan əvvəl oyun ilə çıxan bir sıra neqativ xəbərlərə görə, PUBG Mobile-da çox oyunçu olmadığı üçün oyunda botlardan istifadə edilir və bu halda oyun çox sadə və asand olurdu. Lakin bu reytinq xəbərlərinə görə deyə bilərik ki, oyunun yetərincə istifadəçisi var və bot xəbərləri yalandır.
     
    Bəs siz PUBG Mobile-i yükləyib oynayırsız ?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər