Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

24.09.2018 0 PAYLAŞIM 2963 OXUNMA

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona aydın olur ki, bu heç də sadə Volkswagen avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri canlandırıblar. Bumblebee filminin premyerası bu ilin Dekabr ayında baş tutacaq.