John Wick 3 filminin adı bəlli oldu: Parabellum

12.07.2018 0 PAYLAŞIM 3392 OXUNMA

        John Wick seriyası izləyicilər tərəfindən çox bəyənilən saf aksiyon janrında olan nadir filmlərdən biri oldu. Baş rolda Keanu Reeves'ın olduğu filmin The Continental adı altında spin-off serialı da çəkilməyə başladı. Maraqla gözlənilən 3-cü filmin adı nəhayət ki, bilindi.

John Wick seriyasının 3-cü filminin adı Parabellum olacaq və hekaye olaraq 2-ci filmin bitdiyi yerdən davam edəcək.    

       Keanu Reeves verdiyi müsahibə zamanı Parabellum sözünün mənasını və niyə film üçün seçildiyini açıqladı. Latin dilində olan "Si vis pacem, para bellum""Sülh istəyirsənsə, müharibəyə hazırlan" mənasına gələn cümləyə istinadən filmin adının Parabellum olaraq seçildiyini dedi. Filmdə bu səfər əsəbi sui-qəsdçi John Wick'ə  Sofya adında qadın personaj da yoldaşlıq edəcək. Bu personaj Oscar'a layiq görülən Halla Berry tərəfindən canlandırılacaq. Digər tərəfdən bu iki personajın keçmişdə bir-biri ilə əlaqəsinin olduğu deyilir.

       Hekayə olaraq xatırlatma edəsi olsaq, 2-ci filmdə John, Continental qruplaşması daxilində başqa birini öldürdüyü üçün qrupdan atılır və öldürülməsi üçün yüksək məbləğdə pul qoyulur. 3-cü filmdə isə John New-York şəhərindən və digər sui-qəsdçilərdən qaçmağa çalışacaq. Film gələn il təqdim ediləcək.