main-post-cover

    AzDimension studiyası yeni oyunun hazırlanmasını elan edir

    Digər
    Oyun və Film
    21.12.2022
    Emil Nəcəfov
        The Last DeadEnd və Axilon oyunları ilə tanınan yerli AzDimension studiyası, yeni oyunun hazırlanmasını elan edir. Oyun Royal Games ilə əməkdaşlıqda hazırlanır və buraxılacaq.
        Escape: Left To Die 2.5D platformer janrında hazırlanır.
        Süjetin mərkəzində amneziyadan əziyyət çəkən qəhrəmandır. O, şanslı təsadüfə görə sualtı bazanın həbsxanasından çıxa bilib. Ətrafdakı hər şey xarabalığa çevrilib və su tədricən bütün bazanı doldurur. Fikirləşməyə çox vaxt qalmayıb - bazanın bütün sirlərini və onun üzərində baş verən faciəni açmağa və bazadan qaçmağa bacarmaq lazımdır.
        Escape: Left To Die oyunu, macəra və trillerin qarışığıdır. Gərgin atmosferdən istirahət etmək üçün oyunçu bir çox tapmacalara rast gələcək.
        Oyun Unity-də hazırlanır və tərtibatçılar platformadan asılı olmayaraq ekvivalent oyun təcrübəsi vəd edirlər. Escape: Left To Die bütün cari platformalarda, o cümlədən iOS və Android-də buraxılması planlaşdırılır.
    Steam səhifəsi:
    Oyun treyleri:
    Linki kopyala