main-post-cover

    Assassin's Creed Odyssey rəsmi olaraq anons olundu (VİDEO)

    Digər
    Oyun və Film
    01.06.2018
    Farid Pardashunas
        Dünən bir neçə məlumat sızıntısından sonra Ubisoft şirkəti yeni Assassin’s Creed oyununu anons etdi. Yeni oyun Assassin’s Creed Odyssey adlanır. Təqdim olunmuş ilk kadrlardan belə qənaətə gəlmək olar ki, yeni oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Rəsmi mənbələrdən olan bütün məlumatlar hələki bunlardan ibarətdir. Oyunun trailerinin tam versiyası və əlavə məlumatlar 11 İyun tarixində Ubisoft şirkətinin E3 2018 oyun sərgisi çərçivəsində keçirdəcəyi konfransında təqdim olunacaq. Kotaku saytının verdiyi məlumatlara inansaq yeni oyun daha çox RPG (Role-Playing-Games) elementləri təqdim edəcək. Belə ki, oyunda dialoqlar sistemi olacaq və oyunçu öncədən singleplayer rejimi kişi və ya qadın obrazında oynamağı seçə biləcək. Beləliklə E3 2018-dəki Ubisoft-un konfransını səbrsizliklə gözləyirik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər