Assassin's Creed Odyssey oyununun ilk gameplay videosu təqdim olundu
Digər
Oyun və Film
11.06.2018
Farid Pardashunas
Ubisoft şirkəti E3 2018 sərgisi çərçivəsində
keçirtdiyi konfrans zamanı Assassin’s Creed Odyssey oyununun trailerini və
gameplay videosunu təqdim edib. Oyun haqqında olan əvvəlki məlumatların hamısı
təsdiqini tapdı. Oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Yeni
oyunda baş qəhrəman obrazında Spartalı çıxış edəcək. Bununla yanaşı oyunçuların
seçimlərindən asılı olaraq oyunu ya oğlan yada qız personajın rolunda oynamaq
olacaq. Oğlan personajın adı Alexios, qız personajın adı isə Kassandra-dır. Beləliklə
oyuna RPG elementləri daxil edilib. Belə ki, oyunda dialoq sistemi də olacaq.
Beləliklə oyunçular oyunda müxtəlif personajlarla qarşılıqlı əlaqədə olarkən
dialoqlar sistemindən istifadə edə biləcəklər. Assassin’s Creed Odyssey bu ilin
2 Oktyabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ