main-post-cover

    Assassin's Creed Odyssey oyununun ilk gameplay videosu təqdim olundu

    Digər
    Oyun və Film
    11.06.2018
    Emil Nəcəfov
        Ubisoft şirkəti E3 2018 sərgisi çərçivəsində keçirtdiyi konfrans zamanı Assassin’s Creed Odyssey oyununun trailerini və gameplay videosunu təqdim edib. Oyun haqqında olan əvvəlki məlumatların hamısı təsdiqini tapdı. Oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Yeni oyunda baş qəhrəman obrazında Spartalı çıxış edəcək. Bununla yanaşı oyunçuların seçimlərindən asılı olaraq oyunu ya oğlan yada qız personajın rolunda oynamaq olacaq. Oğlan personajın adı Alexios, qız personajın adı isə Kassandra-dır. Beləliklə oyuna RPG elementləri daxil edilib. Belə ki, oyunda dialoq sistemi də olacaq. Beləliklə oyunçular oyunda müxtəlif personajlarla qarşılıqlı əlaqədə olarkən dialoqlar sistemindən istifadə edə biləcəklər. Assassin’s Creed Odyssey bu ilin 2 Oktyabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

    Linki kopyala