main-post-cover

    Apple tərtibatçıları şirkətin ilk qarışıq reallıq cihazının satış üçün hazır olmadığını düşünürlər

    Digər
    Oyun və Film
    13.03.2023
    Farid Pardashunas
        Financial Times-ın təqdim etmiş olduğu hesabata əsasən Apple şirkəti tərtibatçılar komandasının məsləhətlərinə baxmayaraq öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il satışa çıxartmağı hədəfləyib. Görünür, şirkətin ilk qarışıq reallıq cihazının bu il satışa çıxarılması planı Apple daxilində fikir ayrılığına səbəb olub. Şirkətin dizayner və tərtibatçıları təkid edirlər ki, bu kateqoriyaya daxil olan cihaz bazara satışa çıxmaq üçün hələ tam hazır vəziyyətdə deyil. Onlar ümumiyyətlə sözügedən cihazın satışlarını bir neçə il təxirə salmaq istəyirlər.
        Belə ki, onların fikirlərinə əsasən məhz bir neçə ildən sonra yüngül AR eynəklərin hazırlanmasına imkan verəcək texnologiyalar ortaya çıxacaq. Lakin Apple şirkətinin rəhbərliyi sözügedən məhsulun ilkin versiyasını VR cihaz şəklində satışa çıxartmaq istəyir. Məlumatda qeyd edilib ki, Apple CEO-su olan Tim Cook dizynerlərin xahişlərini rədd edib və cihazın məhdudlaşdırılmış özəlliklərə sahib versiyasını bu il satışa çıxartmağı təyin edib. Hesab edilir ki, qarışıq reallıq cihazı bir növ Tim Cook-un mirası olacaq. Belə ki, bu, Apple daxilində Tim Cook-un rəhbərliyi altında hazırlanmış ilk innovasiyalı məhsuldur. Qeyd etmək lazımdır ki, Apple qarışıq reallıq cihazı layihəsi üzərində artıq 7 ildir çalışır. Bu, ilk iPhone modelinin satışa çıxmasından öncə onun hazırlanma prosesində olma müddətindən 2 dəfə çoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər