main-post-cover

    Sony şirkəti tamamilə yeni Xperia 1-i və 3 ədəd digər Xperia smartfonunu təqdim etdi (MWC 2019)

    Digər
    MWC 2019
    26.02.2019
    Farid Pardashunas
       
     Son bir neçə ay ərzində internetdə sızdırılmış məlumatlarda qeyd olunurdu ki, Sony şirkəti MWC 2019 sərgisində Xperia XZ4 smartfonunu anons edəcək. Lakin heç gözlənilmədən şirkət maraqlı sürpriz etdi. Belə ki, Sony Xperia XZ4-ün yerinə Xperia 1 adlı smartfon modelini təqdim etdi. Təqdim olunmuş smartfon XZ3-ün və ya XZ4-ün təkmilləşdirilmiş versiyası deyil. Bu tamamilə yeni smartfon modelidir. Sony şirkətinin flaqman smartfonları hər zaman özünəməxsus dizaynlarına sahib olublar. Bu dəfəki Xperia 1 smartfon modeli də istisna olmayıb. Belə ki, smartfon 21:9 nisbətli Ultra HD (4K) keyfiyyətli 6.5 düym OLED ekranlar təchiz olunub. Bu cür nisbət göstəricisi sayəsində smartfonun gövdəsi bir qədər uzadılmış formada hazırlanıb. Bu cür dizayn sayısində ekranda daha çox kontent əks olunur və iki müxtəlif tətbiqdən istifadə daha rahat olur. Smartfonun ekranı həmçinin HDR dəstəklidir və Gorilla Glass 6 qoruyucu şüşəsi ilə örtülüb.

        Əsas texniki göstəricilərə gəldikdə isə Xperia 1 smartfonu Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (OIS) + 12 MP (teleobyektiv, OIS) + 12 MP (genişbucaqlı) üçlü arxa kamera, 8 MP-lik ön kamera, Power Delivery 3.0 sürətli enerji yığma özəllikli 3330 mAh enerji tutumlu batareya, Dolby Atmos texnologiyası, USB Type-C girişi və iki SIM kart girişi ilə təchiz olunub. Kameraların özəllikləri arasında avtofokuslu 10 fps və avtomatik ekspozisiya rejimlərində fotoçəkiliş, pis işıqlandırılmış mühitlərdə çəkiliş və 24 fps sürətində 21:9 formatlı kinematoqrafik kliplərin yaradılması var. Sözügedən flaqman smartfonu həmçinin bir çox funksiyaların vasitəsilə 4K rejimində çəkiliş özəlliyinə də sahibdir. Bura həmçinin Cinema Pro adlı yeni rejim də daxildir.
        İstifadəçilər smartfonda olan xüsusi tətbiq vasitəsilə videoları redaktə edə və ya smartfondakı professional çəkiliş funksiyalarından istifadə edə bilərlər. Smartfonun 8 bit-lik matrisas ITU-R BT.2020 geniş rəng mühitini, DCI-P3 özəlliyini və həmçinin Illuminant D65 standart işıq mənbəsi ilə çalışmaq özəlliyini dəstəkləyir. Xperia 1 tamamilə yeni smartfon modeli olsa da Sony şirkəti onda əvvəlki smartfon modellərinin özəlliklərini də reallaşdırıb. Buna misal olaraq smartfonun audio özəlliklərini gətirmək olar. Belə ki, smartfon Dolby Atmos texnologiyası dəstəkli stereosəsgücləndiricilər ilə təchiz olunub. Xperia 1 modeli də əvvəlki modellər kimi Vibration System özəlliyini dəstəkləyir. Bu özəllik vasitəsilə smartfondan çıxan səs vibrasiyalar ilə birlikdə ötürülür. Bu, əsasən mobil oyunlarda və smartfon vasitəsilə film izləyən zaman hiss olunur.

        Xperia 1-ə keçən ili XZ3 modelindən inteqrasiya olunmuş daha bir funksiya da Side Sense-dir Bu funksiya vasitəsilə istifadəçi smartfonun kənarları sayəsində swype-ların köməyi ilə smartfonu idarə edə bilər. Məsələn smartfonun kənarına iki dəfə toxunmaqla ən çox işlədilən tətbiqlərin əks olunduğu sürətli keçid menyusu aktivləşdirilir. Smartfonda olan süni zəka texnologiyası isə istifadəçinin tələbatlarını analiz edərək ona lazım olan tətbiqləri əks etdirir. Məsələn əgər istifadəçi səhərlər tez-tez musiqi dinləyir və sosial şəbəkələrdən istifadə edirsə, deməli süni zəka texnologiyası istifadəçiyə məhz həmin tətbiqləri təklif edəcək. Onu da qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası smartfonun kənarında yerləşir. Xperia 1 modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon bu ilin yaz fəslində satışa çıxmalıdır. Şirkət onun qiyməti barəsində məlumatı isə daha sonra verəcək.
        Sony şirkəti özünün tamamilə yeni Xperia 1 flaqman smartfonundan başqa həm də 3 ədəd yenilənmiş Xperia modelini də təqdim edib. Söhbət, Xperia 10, Xperia 10 Plus, Xperia L3 smartfon modellərindən gedir.
    Xperia 10:

        Xperia 10 modelini 10 Plus-dan fərqləndirən əsas özəllik məhz ekrandır. Belə ki, Xperia 10 modeli Full HD+ keyfiyyətli 6 düym IPS ekrana sahibdir. Ekran Gorilla Glass 5 qoruyucu şüşə ilə əhatə olunub. Texniki göstəricilər baxımından smartfon Snapdragon 630 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi, 12 MP + 8 MP ikili arxa kamera (optik zoom, ISO 12800 (foto), ISO 3200 (video), bokeh effekti dəstəkli, 4K keyfiyyətində videoçkiliş), 8 MP-lik ön kamera (ISO 3200 (foto), ISO 1600 (video), USB Type-C girişi və sürətli enerji yığma özəllikli 2870 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
    Xperia 10 Plus:

        Adından da bəlli olduğu kimi bu model adi Xperia 10 ilə müqayisədə daha böyük ekran ölçüsünə sahibdir. Belə ki, Xperia 10 Plus modeli Full HD+ keyfiyyətli 6.5 düym IPS ekrana sahibdir. Bu modelin ekranı da Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfon həmçinin Snapdragon 636 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, sürətli enerji yığma özəllikli 3000 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. Xperia 10 Plus-ın kameraları adi Xperia 10 ilə eynidir.
    Xperia L3:

        Xperia L3 modeli sözügedən seriyada büdcəli smartfon modeli kimi çıxış edir. O, HD+ keyfiyyətli 5.7 düym IPS ekran (Gorilla Glass qoruyucu şüşə örtüklü), 8 nüvəli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 2 MP (bokhe effekti dəstəkli, ISO 3200 (foto və video)) ikili arxa kamera, 8 MP-lik ön kamera, sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Xperia 10 ilə Xperia 10 Plus smartfonları Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə, Xperia L3 modeli isə Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır.
    Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
    Linki kopyala