main-post-cover

    Yeni Redmi Note smartfonları 100 vatt gücündə şarj texnologiyasını dəstəkləyəcəklər

    Cihazlar+
    22.06.2021
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur çinli insayderin sözlərinə əsasən Redmi brendi öz gələcək smartfonları üçün olacaq şarj cihazlarının güclərini artırmaq niyyətindədir. İnsayder bu məsələdə hətta konkret göstəricini də qeyd edib. Belə ki, onun verdiyi məlumata əsasən yaxın zamanda Redmi brendinin hətta orta qiymət göstəricisinə sahib smartfonları da 100 vatt gücündə şarj dəstəyini əldə edəcəklər. Hal hazırda Redmi brendinin maksimal yüksək şarj texnologiyası 67 vatt təşkil edir. Məsəələn Redmi Note 10 Pro modeli bu cür şarj özəlliyinə sahibdir.
        Xiaomi isə öz növbəsində şarj texnologiyaları sahəsini inkişaf etdirməkdə davam edir. Məsələn şirkətin 200 vatt gücündə olan HyperCharge adlı texnologiyası sayəsində 4000 mAh enerji tutumlu batareya 50% enerjini 3 dəqiqəyə, 100% enerjini isə 8 dəqiqəyə yığa bilir. Güman olunur ki, yaxın zamanda 100 vatt gücündə olan şarj texnologiyası Redmi brendinin orta qiymət seqmentli cihazlarına inteqrasiya olunacaq. Şirkətin flaqman smartfonları isə 200 vatt gücündə şarj texnologiyasına keçid edəcəklər. Bunun nə zaman baş verəcəyi və hansı smartfon modelinin ilk olaraq 200 vatt gücündə şarj texnologiyasını əldə edəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər