main-post-cover

    Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    28.07.2021
    Emil Nəcəfov
        POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib. Bu smartfon faktiki olaraq yalnız Çin bazarı üçün təqdim olunmuş Redmi Note 10 Pro 5G-nin qlobal versiyasıdır. Yeni smartfon güclü MediaTek prosessoru, yüksək təsvir yenilənməsinə sahib ekran, böyük batareya həcmi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modul əldə edib. Beləliklə POCO X3 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfon ekranı Gorilla Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə POCO X3 GT smartfonu MediaTek Dimensity 1100 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP (f/1.79 diafraqma) + 8 MP (120 dərəcə bucaq təsviri) + 2 MP (makroobyektiv) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Rəsmi məlumatda qeyd edilib ki, 67 vatt gücündə sürətli şarj texnologiyası sayəsində smarfon 100% enerjini 42 dəqiqəyə yığa bilir. Bununla yanaşı POCO X3 GT Dolbby Atmos texnologiyasını da dəstəkləyir. Smartfon MIUI 12.5 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. POCO X3 GT 300$ qiymətində satışa çıxacaq. Smartfonun satış tarixi barəsində məlumat hələ təqdim olunmayıb
    Linki kopyala