Reklam
Yeni nəsil ASUS ROG Phone 6 və ROG Phone 6 Pro gamer smartfonları təqdim edilib - QİYMƏTİ

Yeni nəsil ASUS ROG Phone 6 və ROG Phone 6 Pro gamer smartfonları təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
05.07.2022 PAYLAŞIM

    ASUS şirkəti gamerlər üçün nəzərdə tutulmuş yeni nəsil ROG Phone 6 smartfon seriyasını təqdim edib. Yeni seriyaya ROG Phone 6 və ROG Phone 6 Pro modelləri daxil olublar. Sözügedən smartfonlar keçən ilki modellərin ən yaxşı özəlliklərini və təkmilləşdirilmiş texniki göstəriciləri əldə ediblər. Nəticədə bu smartfonlar texniki özəlliklərə ən tələbkar olan mobil oyunların öhdələrindən belə gələ bilirlər. Beləliklə təqdim edilmiş yeni smartfonlar xarici görünüşcə demək olar eynidirlər. Xarici görünüş məsələsində onlar bir-birilərindən yalnız arxa panelin bir qədər fərqli dizaynı ilə seçilirlər. Beləliklə hər iki smartfon 60-165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED E4 ekran ilə təchiz olunub. Smartfonların ekranları üzərlərində heç bir çıxıntı hissə yoxdur. Buna görə də ön kamera standart olaraq yuxarı çərçivədə yerləşdirilib.


    Barmaq izi skanı texnologiyası birbaşa smartfonların ekranlarına inteqrasiya edilib və ekranların özləri Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunublar. Oyunlarda rahat idarəetmənin təmin olunması üçün bu smartfonların sağ hissələrində ultrasəs texnologiyası əsasında hazırlanmış sensorlu düymələr mövcuddur. Həmin düymələr həm klikləmələrə həm də sürüşdürmələrə (swype) reaksiya verirlər. Bu isə öz növbəsində mobil gamerlər üçün əlavə imkanlara yol açır. Smartfonların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Bundan əlavə olaraq onlar Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi özlərində birləşdirirlər. Hər iki smartfon Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Adi ROG Phone 6 modeli 12/16 GB RAM və 256/512 GB daxili yaddaş həcmi ilə, ROG Phone 6 Pro isə yalnız 18 GB RAM və 512 GB daxili yaddaş həcmi ilə təchiz olunub.

    Smartfonların kamera göstəriciləri və batareya həcmləri eynidir. Belə ki, hər iki smartfon 50 MP (f/1.9 diafraqma, elektron stabilizasiya) + 13 MP (f/2.4 diafraqma, 125 dərəcə bucaq əhatəsi) + 5 MP (f/2.0 diafraqma) üçlü arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunub. 50 MP-lik əsas kamera 24fps sürətlə 8K, 30/60fps sürətlə 4K, 30/60fps sürətlə 1080p, 30fps sürətlə 720p videolar çəkə bilir. Həm adi ROG Phone 6 həm də ROG Phone 6 Pro 67 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonlarda iki ədəd USB Type-C girişi mövcuddur. Onlardan biri aşağı hissədə, digəri isə sol hissədə yerləşir. Sol hissədə yerləşən giriş şarj prosesi zamanı mobi oyunları daha rahat şəkildə oynamaq üçün nəzərdə tutulub. ASUS sözügedən smartfonlarda yeni növ soyutma sistemini reallaşdırıb. Həmin soyutma sistemi 360 dərəcə üzrə prosessoru hər tərəfdən soyuda bilir. Yeni ROG Phone 6 modelləri ROG UI interfeysli Android 12 vasitəsilə çalışırlar. Onların satış qiymətləri isə aşağıdakı kimidir:

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib ROG Phone 6 - 999 avro

- 16 GB RAM-a və 512 GB yaddaşa sahib ROG Phone 6 - 1149 avro

- 18 GB RAM-a və 512 GB yaddaşa sahib ROG Phone 6 Pro - 1249 avro.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy ..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..


Adi iPhone 14 ilə iPhone 14 Pro ekranları tamamilə fərqlənəcəklər

Daimi şəkildə ortaya çıxan yeni məlumatlar adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arası..


Nothing Phone (2) barəsində ilk məlumatlar verilib

12 iyul tarixində Nothing şirkəti öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etdi.

×