main-post-cover

    Yeni iPhone modellərinin adları Apple şirkətinin rəsmi keysləri vasitəsilə təsdiqlənib

    Cihazlar+
    26.09.2020
    Farid Pardashunas
        Gələn ay yeni iPhone modellərinin təqdimatları gözlənilir. Lakin təqdim olunacaq yeni iPhone modellərinin texniki göstəriciləri və hətta adları barəsində dəqiq bir məlumat yox idi. İndi isə bu vəziyyət dəyişib. Belə ki, bu ilki iPhone modellərinin adları təsdiqlənib. Bu barədə 9to5mac saytı xəbər verib. Beləliklə ortaya çıxmış fotoda yeni iPhone modelləri üçün nəzərdə tutulmuş qoruyucu keyslərin qutularının üzərindəki yazılar əks olunub. Həmin fotodan da belə qənaətə gəlmək olar ki, 5.4 düym ekrana sahib olacaq yeni iPhone modeli həqiqətən də iPhone 12 Mini adını əldə edəcək.
        Bununla yanaşı 6.1 düym ekrana sahib modellər iPhone 12 iPhone 12 Pro, 6.7 düym ekrana sahib olacaq model isə iPhone 12 Pro Max adını əldə edəcək. Gözləntilərə əsasən hər 4 iPhone 12 modeli OLED ekran və 5G modem ilə təchiz olunacaq. Son məlumat sızıntılarına əsasən iPhone 12, iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri A14 Bionic prosessoru, iPhone 12 Mini modeli isə A14 Bionic-in bir qədər sadələşdirilmiş versiyası B14 ilə təchiz olunacaq. Bəzi insayderlər qeyd ediblər ki, Apple şirkəti iPhone 12-nin təqdimatını 13 oktyabr tarixində keçirdəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər