main-post-cover

    Xiaomi smartfonların qutularından şarj cihazının çıxarılması ideyasını illər öncə nəzərdən keçirdibmiş

    Cihazlar+
    07.01.2021
    Emil Nəcəfov
        Mi 11 flaqman smartfon modelinin təqdimatı zamanı şirkətin bu smartfonun qutularında şarj cihazının olmadığını bildirməsi təqdimatın ən yadda qalan özəlliklərindən biri olmuşdu. Lakin Xiaomi-nin general direktorunun sözlərinə əsasən bu məsələdə Apple şirkətinə bənzəməkdən söhbət getmir. Öz müsahibəsində o bildirib ki, Xiaomi hələ Apple-dan illər öncə bu cür ideyanı nəzərdən keçirdib. Bu barədə 4pda saytı xəbər verib.
        Apple şirkətinin iPhone 12 modellərinin qutularını şarj cihazı ilə təchz etməyəcəyini elan edəndən sonra bir çox smartfon istehsalçısı bu qərarı gülüş mənbəyinə çevirmişdi. Onların arasında Xiaomi də var idi. Lakin 2 aydan sonra eyni addımı Xiaomi özünün Mi 11 flaqman smartfonunda atdı. Xiaomi-nin general direktoru olan Lei Jun-un sözlərinə əsasən şirkət bu ideyanı hələ 2015-ci ildə nəzərdən keçirtmişdi.
        Həmin vaxtda şirkət öz istifadəçiləri arasında smartfon qutularında şarj cihazının olmaması mövzusunda sorğu keçirtmişdi. Bununla yanaşı Lei Jun bildirib ki, şarj cihazından imtina ideyası şirkətin yeni baş ofisə köçməsi zamanı gəlmişdi. Belə ki, həmin vaxtda şirkət əməkdaşları çoxlu sayda şarj cihazını sadəcə olaraq tullantı kimi atmışdılar. Beləliklə Xiaomi qeyd edib ki, o, Apple şirkətinin ideyasını kopyalamayıb. O sadəcə olaraq öz ideyasını bir qədər gecikmə ilə reallaşdırıb.
    Linki kopyala