main-post-cover

    Xiaomi rəhbəri Mi Mix Alpha smartfonunun satışa çıxıb-çıxmayacağı barəsində danışıb

    Cihazlar+
    10.08.2020
    Emil Nəcəfov
        Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək. Bu səbəbdən şirkətin general direktoru Lei Jun, Xiaomi pərəstişkarları ilə söhbət edib. Onlar isə öz növbələrində Xiaomi Mi Mix Alpha smartfon modelinin aqibəti barəsində soruşublar. Lei Jun bu məsələ barəsində heç də şad xəbər verməyib. Bu barədə Mydrivers saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Mi Mix Alpha modeli Xiaomi şirkətinin ən qeyri adi və bahalı smartfon modelidir. Belə ki, onun ekranı bütün gövdəni əhatə edir.
        Bu cür smartfonun qiyməti isə 2800$ təşkil edir. Mi Mix Alpha smartfonu keçən ilin sentyabr ayında təqdim olunmuşdu. Həmin vaxtda şirkət söz vermişdi ki, smartfon dekabr ayında satışa çıxacaq. Lakin Mi Mix Alpha hələ də satışa çıxmayb. İndi isə Xiaomi rəhbəri bildirib ki, sözügedən smartfon ümumiyyətlə satışa çıxmayacaq. Lei Jun-un sözlərinə əsasən Mi Mix Alpha-nın istehsalat prosesinin çox qəliz olduğu ortaya çıxdı. Nəticədə şirkət bu smartfonun satışa çıxartmaqdan imtina edib. Beləliklə Mi Mix Alpha elə konseptual smartfon olaraq qalacaq.
    Linki kopyala