Xiaomi Redmi K40 Pro+ smartfonunun qlobal versiyası Mi 11i modelini təqdim edib - QİYMƏTİ

Xiaomi Redmi K40 Pro+ smartfonunun qlobal versiyası Mi 11i modelini təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
05.05.2021 PAYLAŞIM

    Çində keçirilmiş irimiqyaslı təqdimatdan sonra Xiaomi şirkəti həmçinin öz yeni məhsullarının qlobal təqdimatını da keçirdib. Həmin təqdimat çərçivəsində Mi 11 smartfon seriyasının növbəti modeli olan Mi 11i təqdim olunub. Sözügedən modelin əsas özəllikləri arasında yüksək keyfiyyətli ekran, güclü prosessor və təkmilləşdirilmiş kameralar var. Faktiki olaraq Mi 11i modeli bir neçə müddət bundan öncə Çində təqdim edilmiş Redmi K40 Pro+ smartfonunun qlobal versiyasıdır. Beləliklə Xiaomi Mi 11i smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym E4 AMOLED ekranı özündə birləşdirir. Ekran həmçinin HDR10+ texnologiyasının dəstəyinə sahibdir.


    Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki özəlliklərə gəldikdə isə Xiaomi Mi 11i modeli Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP (119 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə Mi 11i modelinin 128 GB yaddaşlı versiyası 649 avroya, 256 GB yaddaşlı versiyası isə 699 avroya satılacaq.



DAHA ÇOX


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..


Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdr..


Məşhur analitik iPhone 15 Pro modellərinin qızmalarının əsl səbəbini açıqlayıb..

Bugün ərzində biz xəbər verdik ki, iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonları güclü qızma probl..


Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib

TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks..


Yeni Samsung Galaxy Fan Edition cihazlarının nə zaman təqdim olunacaqları məlum ..

Samsung şirkətinin yaxın zamanda özünün Galaxy Fan Edition (FE) cihazlarını təqdim edəcəyi gözlənili..


Bütün iPhone 16 smartfonları sensorlu yeni idarəetmə elementini əldə edə bilərlə..

iPhone 15 smartfon seriyasının təqdimatından öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellər..

×