Xiaomi-nin qatlana bilən smartfonu təqdim olunmağa hazırlaşır
Cihazlar+
26.02.2021
Farid Pardashunas
Xiaomi-nin çoxdan gözlənilən qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb. Belə ki, cihaz Çində artıq sertifikatlaşdırmadan keçib və insayderlərin məlumatlarına əsasən yaxın zamanda təqdim olunacaq. Bir neçə müddət bundan öncə Çinin TENAA adlı telekommunikasiya agentliyində Xiaomi-nin M2011J18C model nömrəli bilinməyən Android smartfonu sertifikatlaşdırmadan keçmişdi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təsdiqləyib ki, bu, şirkətin ilk qatlana bilən smartfonudur.
Smartfonun sertifikatlaşdırılmadan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. İnsayder həmçinin bildirib ki, ekran üzərində çıxıntı hissəsiz smartfon modeli gözləyən istifadəçilər bir qədər də gözləməli olacaqlar. Belə ki, şirkət ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameralı smartfonu bu ilin ikinci rübünə təxirə salıb. DisplaySearch şirkətinin yaradıcısı Ross Young əmindir ki, Xiaomi bu il 3 ədəd qatlana bilən smartfon modeli təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)