main-post-cover

    Xiaomi-nin Poco brendindən yeni smartfon gəlir: Təfərrüatlar

    Cihazlar+
    20.06.2020
    Emil Nəcəfov
        Xiaomi şirkətinin müstəqil brendi olan Poco 1 ay bundan öncə Poco M2 Pro adlı smartfon modelini sertifikatlaşdırmışdı. İndi isə sözügedən smartfon barəsində yeni məlumatlar verilib. Bu barədə Gizchina saytı xəbər verib. Bir neçə müddət bundan öncə Poco India-nın general direktoru Manmohan Chandolu təsdiqləmişdi ki, şirkət yeni smartfon modeli üzərində çalışır. Lakin həmin vaxtda o, smartfonun modelini qeyd etməmişdi. Brendin yeni smartfonunun təqdimatı gələn ay üçün planlaşdırılıb.
        Lakin heç istisna deyil ki, təqdim olunacaq smartfon modeli eksklüziv olaraq Hindistan bazarında satışa çıxsın. Eyni zamanda Poco M2 Pro smartfonu Hindistanın BIS adlı nizamlayıcı orqanının məlumatlar bazasında M2003J6CI nömrəsi ilə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, təqdim olunacaq yeni smartfon modeli Redmi Note 9 Pro kimi gram kod adına sahibdir. Buna görə də güman etmək olar ki, Poco M2 Pro modeli sadəcə olaraq Redmi Note 9 Pro-nun klonu olacaq.
        Belə ki, məlumata əsasən Poo M2 Pro modeli Redmi Note 9 Pro kimi 6.67 düym ekran, Snapdragon 720G prosessoru, 48 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 16 MP-lik ön kamera və 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Poco brendi üçün bu, ilk təcrübə deyil. Belə ki, bundan əvvəl təqdim olunmuş Poco F2 Pro modeli Redmi K30 Pro-nun klonu, Poco X2 modeli isə Redmi K30 4G-nin klonu idi.
    Linki kopyala