main-post-cover

    Xiaomi-nin növbəti flaqman smartfonu Xiaomi 14 adını əldə etməyəcək

    Cihazlar+
    18.11.2022
    Emil Nəcəfov
        Bugün məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti növbəti flaqman smartfonunu Xiaomi 13 əvəzinə Xiaomi 14 adlandıracaq. Məlumatda qeyd edilmişdi ki, bu üsul ilə şirkət yeni smartfon modelinin adını həmçinin təqdimata hazırlaşan yeni MIUI 14 istifadəçi interfeysinin adı ilə uyğunlaşdırmaq istəyir. Lakin indi sözügedən məlumat rəsmi şəkildə təkzib edilib. Belə ki, Xiaomi Group şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin təmsilçisi Wang Hua bildirib ki, hal hazırda onlar yeni məhsulun adının dəyişdiriməsini planlaşdırmırlar və Xiaomi 13 seriyası adi rejimdə təqdimata hazırlaşır. Beləliklə bu il Xiaomi 14 adına sahib heç bir smartfon seriyası olmayacaq. Gözləntilərə əsasən yeni MIUI 14 istifadəçi interfeysini qutudan ilk əldə edəcək smartfonlar məhz Xiaomi 13 seriyasına daxil olacaq smartfonlar olacaqlar.
    Linki kopyala