main-post-cover

    Xiaomi Mi 11 flaqman smartfonunun qlobal versiyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    09.02.2021
    Farid Pardashunas
        Keçən ilin sonunda Xiaomi şirkəti Snapdragon 888 prosessoruna sahib ilk smartfonu olan Mi 11-i təqdim etmişdi. Lakin təqdimatdan sonra smartfon yalnız Çin bazarında satışa çıxmışdı. Dünən is şirkət Mi 11-in qlobal versiyasını təqdim etdi. Nəticədə Mi 11-in Avropa bazarında hansı qiymətə satılacağı məlum olub. Qlobal versiyanın Çin versiyasından ciddi bir fərqi yoxdur. Hər iki versiya dizayn və texniki özəlliklər baxımından eynidir. Sadəcə bir məsələ var ki, smartfonun 12 GB-lıq RAM-a sahib versiyası Avropa bazarında satılmayacaq. Beləliklə Xiaomi Mi 11 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.81 düym AMOLED ekrana sahibdir. Ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə Mi 11 smartfonu Snapdraogn 888 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP (f/1.85 diafraqma, OIS) + 13 MP (f/2.4 diafraqma, 123 dərəcə bucaq təsviri) + 5 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, 20 MP-lik ön kamera və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 128 GB daxili yaddaşa sahib versiya Avropa bazarında 749 avroya, 256 GB daxili yaddaşa sahib versiya isə 799 avroya satılacaq. Qeyd etmək lazımdır ki, Avropa bazarında bu smartfonun komplektində şarj cihazı mövcud olacaq. Qlobal versiya bu ayıns onunda satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər