Xiaomi CIVI 3 smartfonu təqdim edilib - QİYMƏTİ

Xiaomi CIVI 3 smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
25.05.2023 PAYLAŞIM

    Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda CIVI 3 smartfonunu təqdim edib. Bu yeni smartfon ilk növbədə müxtəlif fotolar çəkməyi sevən gənc istifadəçilər üçün nəzərdə tutulub. Buna görə də Xiaomi CIVI 3 smartfonu təkmilləşdirilmiş ön kameraları əldə edib. Lakin smartfon diqqət çəkən digər texniki özəllikləri də özündə birləşdirir. Beləliklə Xiaomi CIVI 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə də əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.


    Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi CIVI 3 MediaTek Dimensity 8200 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.7 diafraqma optik stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 32 MP (f/2.0 diafraqma, avtofokus, 78 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışır. Xiaomi CIVI 3 bu ayın sonunda Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyası isə digər ad altında daha sonra təqdim olunacaq. Xiaomi CIVI 3-ün Çin bazarındakı qiymətləri isə aşağıdakı kimi olacaq.

- 12 GB RAM + 256 GB yaddaş - 354$

- 12 GB RAM + 512 GB yaddaş - 382$

- 16 GB RAM + 1 TB yaddaş - 424$.



DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×