main-post-cover

    Xiaomi bu il 7 ədəd flaqman smartfon təqdim edəcək

    Cihazlar+
    03.03.2023
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin CEO-su Lei Jun rəsmi olaraq bildirdi ki, bu il Xiaomi 13S smartfon seriysı olmayacaq. Lakin bu o demək deyil ki, şirkət bu il ərzində daha az flaqman smartfon təqdim edəcək. Belə ki, Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən bu ilin ikinci yarısında Xiaomi 7 ədəd flaqman smartfon təqdim edəcək. İnsayder təqdim ediləcək 7 flaqman smartfondan bəzilərinin adlarını açıqlayıb.. Söhbət, Xiaomi Mix Fold 3Xiaomi 14 flaqman smartfon seriyasından gedir. Xiaomi 14 seriyası özündə minimum 2 smartfonu birləşdirəcək. Bunlar Xiaomi 14 və Xiaomi 14 Pro modelləri olacaqlar. Bu halda dördüncü flaqman smartfon Redmi K60 Extreme, beşinci flaqman smartfon onun kopyası Xiaomi 13T, altıncı və yeddinci flaqman smartfonlar isə Redmi K70K70 Pro modelləri ola bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər