main-post-cover

    Xiaomi Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.03.2021
    Farid Pardashunas
        Xiaomi şirkəti Black Shark gamer smartfonlarının 4-cü nəslini təqdim edib. Təqdim olunmuş yeni seriyaya Black Shark 4 Black Shark 4 Pro modelləri daxil olublar. Əsas diqqəti şirkət məhz Pro modelə ayırıb. Belə ki, ən flaqman özəllikləri məhz Pro model əldə edib. Hər iki smartfon xarici görünüşcə eynidir. Onlar öz aralarında bəzi texniki özəlliklərə görə fərqlənirlər. Hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym E4 AMOLED ekranı özündə birləşdirir. Ekranların yuxarı mərkəz hissələrində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonların yuxarı və aşağı hissələrində stereo səsgücləndiricilər mövcuddurlar. Lakin Pro modeldə səsgücləndiricilər daha güclüdürlər. Barmaq izi skanı texnologiyası smartfonların yandırıb/söndürmə düymələrinə inteqrasiya edilib
        Smartfonların ekranları həmçinin HDR10+ texnologiyasının dəstəyinə sahibdirlər. Adi Black Shark 4 modeli Snapdragon 870 prosessoru, 6/8/12 GB RAM və 128/256 GB daxili yaddaş həcmi, Black Shark 4 Pro modeli isə 8/12/16 GB RAM və 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlarda dünyada ilk dəfə UFS 3.1 standartı ilə SSD kombinasiyasından istifadə olunub. Bunun sayəsində isə yeni Black Shark modellərində məlumatların oxunma sürəti 55%, məlumatların yazılması sürəti isə 69% yüksəlib. Beləliklə şirkət bu smartfonlarda oyunların daha sürətli yazılmasını və məlumatların daha sürətli ötürülməsini söz verir.
        Hər iki smartfon üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Lakin smartfonların arxa kamera göstəriciləri fərqlənirlər. Belə ki, Black Shark 4 modeli 48 MP + 8 MP (120 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, Black Shark 4 Pro modeli isə 64 MP + 8 MP + 5 MP üçlü arxa kamera ilə təchiz olunub. Hər iki smartfon 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Şirkətin verdiyi məlumata əsasən smartfonlar 50% enerjini 5 dəqiqəyə, 100% enerjini isə 15 dəqiqəyə yığırlar.
        Smartfonların sağ kənarlarında xüsusi fiziki düymələr mövcuddurlar. Onlar mobil oyunlarda daha rahat idarəetmə sisteminin əldə olunmasında istifadə olunurlar. Lakin istifadəçi öz istəyinə uyğun olaraq həmin düymələrə müxtəlif funksiyaların işə salınmasını da təyin edə bilər. Yeni Black Shark 4 modelləri 3.5 mm-lik audiogiriş ilə NFC modulunu özlərində birləşdirirlər. Smartfonlar Android 11 əməliyyat sistemi vasitəsilə çalışırlar. Onların qiymətləri aşağıdakı kimidir:
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib Black Shark 4 - 384$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Black Shark 4 - 414$
    - 12 GB RAM-a və 128 GB yaddaşa sahib Black Shark 4 - 460$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Black Shark 4 - 507$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Black Shark 4 Pro - 614$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Black Shark 4 Pro - 691$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Black Shark 4 Pro - 810$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər