main-post-cover

    Xiaomi Black Shark 3S smartfonunun təqdimatı anons edildi: Adi Black Shark 3-dən nə ilə fərqlənəcək?

    Cihazlar+
    27.07.2020
    Farid Pardashunas
        Xiaomi şirkəti yeni Black Shark 3S gamer smartfonunun təqdimatını anons edib. Şirkətin təqdim etdiyi rəsmi posterə əsasən smartfon 31 iyul tarixində Çində təqdim olunacaq. Bu barədə Gagadget saytı xəbər verib. Black Shark 3S modeli adi Black Shark 3-ün təkmilləşdirilmiş versiyası olacaq. Məlumata əsasən sözügedən smartfon Snapdragon 865 Plus prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı Black Shark 3S modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekrana da sahib olmalıdır. Smartfonun 500-650$ qiymətində satılacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər