
XiaomiUI saytının müəllifləri bildiriblər ki, onlar MIUI 15 istifadəçi interfeysinin test versiyasında Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarının satış müddətləri barəsində məlumatı aşkar ediblər. Əgər aşkar edilmiş bu məlumat həqiqəti əks etdirirsə, deməli sözügedən smartfonların yaxın zamanda təqdim olunacaqlarını gözləmək olar. Məlumatda qeyd edilib ki, MIUI 15-in test versiyası Android 14 əsasında hazırlanıb və o, Xiaomi 14 smartfonlarının qlobal versiyaları üçün nəzərdə tutulub. Məlumata əsasən Xiaomi 14 smartfonlarının satışlarına noyabr ayının birinci həftəsində start verilməlidir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, şirkət Xiaomi 14 smartfonlarını 11 noyabr tarixinə kimi təqdim etməyi planlaşdırır.