Xiaomi 13T-nin yeni render fotoları təqdim edilib

Xiaomi 13T-nin yeni render fotoları təqdim edilib

Mobil Cihazlar
19.09.2023 PAYLAŞIM

    Evan Blass adlı məşhur insayder təqdimata hazırlaşan Xiaomi 13T smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Render fotolara əsasən Xiaomi 13T smartfonu metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcək. Bununla yanaşı smartfonun süni dəri ilə əhatə olunmuş arxa panelə sahib versiyası da olacaq. Smartfon özündə 3 ədəd arxa kamera obyektivini birləşdirəcək.


    Arxa kamera sahəsində olan Leica yazısı onu göstərir ki, kamera mövzusunda Xiaomi ilə Leica arasındakı əməkdaşlıq davam edir. Gözləntilərə əsasən Xiaomi 13T 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Digər texniki göstəricilərə gəldikdə isə smartfonun 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym AMOLED ekran, MediaTek Dimensity 8200 Ultra prosessoru və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×