main-post-cover

    Xiaomi 13 və Xiaomi 13 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    11.12.2022
    Farid Pardashunas
        Barəsində uzun müddət ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Xiaomi şirkəti sonunda Xiaomi 13 flaqman smartfon seriyasını təqdim edib. Təqdim edilmiş yeni smartfon seriyasına 2 model olub. Xiaomi 13Xiaomi 13 Pro. Sözügedən smartfonlar Qualcomm-un yeni prosessoru, yüksək keyfiyyətli kameralar və ekranlar ilə təchiz olunublar. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəsə də, dizayn məsələsində bəzi fərqləndirici özəlliklər var. Beləliklə dizayn baxımından bu iki smartfonu bir-birindən fərqləndirən əsas özəllik ondan ibarətdir ki, adi Xiaomi 13 modeli yastı ekrana, Xiaomi 13 Pro modeli isə kənarları bir qədər əyilmiş ekrana sahibdir. Adi Xiaomi 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.36 düym AMOLED E6 ekran ilə təchiz olunub. Xiaomi 13 Pro-ya gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.73 düym AMOLED E6 ekran ilə təchiz olunub. Həm Xiaomi 13-ün ekranı həm də Xiaomi 13 Pro-nun ekranı HDR10, HDR10+Dolby Vision texnologiyalarının dəstəklərinə sahibdir. Bununla yanaşı hər iki smartfonun ekranı Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 1900 nit təşkil edir.
        Smarttonların ekranlarının yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə hər iki smartfonda ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfonlar stereo səsgücləndiricilər ilə təchiz ounublar, özlərində kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər və onların gövdələri IP68 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə bu smartfonlar arxa kameralar, batareyalar və sürətli şarj texnologiyasının göstəriciləri mövzularında bir-birilərindən fərqlənirlər. İlk öncə onu qeyd etmək lazımdır ki, həm Xiaomi 13 həm də Xiaomi 13 Pro Snapdragon 8 Gen 2 prosessoru, 8/12 GB RAM və 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Maraqlısı ondadır ki, smartfonlarda UFS 4.0 standartlı daxili yaddaş həcmlərindən istifadə edilir. UFS 4.0 standartlı daxili yaddaş həcmləri isə hal hazırda bazarda ən sürətli daxili yaddaş həcmləridir.
        Adi Xiaomi 13 modeli 54 MP (f/1.8 diafraqma, HyperOIS optik stabilizasiya sistemi) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 10 MP (f/2.0 diafraqma, optik stabilizasiya) üçlü arxa kameraya sahibdir. Xiaomi 13 Pro isə özündə 50 MP (f/1.9 diafraqma, HyperOIS optik stabilizasiya sistemi) + 50 MP (f/2.2 diafraqma, avtofokus, 115 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.0 diafraqma, optik stabilizasiya) üçlü arxa kameranı birləşdirir. Hər iki smartfon 32 MP-lik (f/2.0 diafraqma, 89.6 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir. Əvvəldə də qeyd edildiyi kimi smartfonlar öz aralarında həmçinin batareya həcmləri və sürətli şarj texnologiyası göstəriciləri baxımından fərqlənirlər.
        Beləliklə adi Xiaomi 13 modeli 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya, Xiaomi 13 Pro modeli isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər ki smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Smartfonlar MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışırlar. Xiaomi 13 smartfonları artıq bu ay Çində satışa çıxacaqlar. Onların qlobal versiyalarını gələn ilin əvvəlinə kimi gözləmək lazım gələcək. Smartfonların Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi 13 - 575$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13 - 620$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13 - 660$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 13 - 720$
    - 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi 13 Pro - 720$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13 Pro - 775$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13 Pro - 835$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 13 Pro - 905$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər