main-post-cover

    Xiaomi 13-ün yeni təqdimat tarixi rəsmi şəkildə elan edilib

    Cihazlar+
    02.12.2022
    Farid Pardashunas
        Keçən ayın sonunda Xiaomi rəsmi şəkildə elan etmişdi ki, 1 dekabr tarixində növbəti təqdimat tədbirini keçirdəcək. Həmin tarixdə keçirilməsi planlaşdırılmış tədbirdə şirkət Xiaomi 13 smartfon seriyasını, MIUI 14 istifadəçi interfeysini və digər məhsullarını təqdim etməli idi. Lakin daha sonra şirkət təqdimat tədbirini təxirə salmalı oldu. Səbəb isə Çinin keçmiş lideri Jiang Zemin-in vəfatı oldu. İndi isə Xiaomi təxirə salınmış təqdimat tədbirinin yeni keçirilmə tarixini elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 13 smartfon seriyası, MIUI 14 istifadəçi interfeysi və digər məhsullar 8 dekabr tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər