main-post-cover

    Xiaomi 13-ün yeni təqdimat tarixi məlum olub

    Cihazlar+
    07.12.2022
    Emil Nəcəfov
        Xiaomi şirkəti Xiaomi 13 smartfon seriyasının yeni təqdimat tarixini açıqlayıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət 8 dekabr tarixinə təqdimat tədbiri elan etmişdi. Həmin tədbirdə Xiaomi 13 smartfon seriyasının təqdimatı gözlənilirdi. Lakin indi şirkət digər tarixdə baş tutacaq təqdimat tədbirini anons edib. Şirkət tərəfindən təqdim edilmiş tizer fotosuna əsasən şirkətin təqdimat tədbiri 11 dekabr tarixində baş tutacaq. Təqdim edilmiş tizer fotoda həmçinin Xioami 13-ün dizayn özəlliklərini görmək olar. Bu məsələdə bir sual ortaya çıxır ki, 8 dekabr tarixində baş tutacaq təqdimat çərçivəsində şirkət nəyi təqdim edəcək? Bu suala cavab vermək çətindir. Ola bilər ki, şirkət 8 dekabr tarixinə planlaşdırdığı tədbiri məhz 11 dekabr tarixinə təxirə salıb. Bununla yanaşı 8 dekabr tarixində şirkətin tamamilə fərqli məhsullarının təqdimatları da baş tuta bilər.
    Linki kopyala