main-post-cover

    Xiaomi 13-ün yeni real fotosu ortaya çıxıb

    Cihazlar+
    29.11.2022
    Emil Nəcəfov
        1 dekabr tarixində əsas diqqətlər Xiaomi şirkətinə tərəf yönələcək. Belə ki, bu tarixdə şirkət Xiaomi 13 flaqman smartfon seriyasını təqdim edəcək. Bu smartfonlar Xiaomi-nin Snapdragon 8 Gen 2 prosessoruna sahib ilk smartfonları olacaq. Təqdimata az müddət qalmış Xiaomi 13 və Xiaomi 13 Pro modellərinin əks olunduqları real foto ortaya çıxıb. Məlumatda qeyd edilib ki, sözügedən fotolar Xiaomi 13 smartfonları üçün nəzərdə tutulmuş videodan götürülüb. Fotodan da görmək olar ki, yastı kənar çərçivəyə sahib adi Xiaomi 13 modeli xarici görünüşcə iPhone 14-ü xatırladır. Xiaomi 13 Pro-nun arxa paneli isə dairəvi kənar hissələrə sahibdir.
    Linki kopyala