main-post-cover

    Xiaomi 13 Ultra-nın real fotosu ortaya çıxıb

    Cihazlar+
    17.02.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti keçən ilin sonunda Xiaomi 13 Xiaomi 13 Pro flaqman smartfonlarını təqdim etmişdi. Hal hazırda isə şirkət Xiaomi 13 Lite Xiaomi 13 Ultra smartfonları üzərində çalışır. Bir neçə gün bundan öncə Xiaomi 13 Lite modelinin real fotoları ortaya çıxmışdı. İndi isə Xiaomi 13 Ultra-nın real fotosu ortaya çıxıb. Ortaya çıxmış foto vasitəsilə Xiaomi 13 Ultra-nın arxa panel dizaynını qiymətləndirmək olar. Beləliklə təqdim edilmiş fotodakı Xiaomi 13 Ultra-nın arxa paneli süni dəri ilə örtülüb. Qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra-nın da arxa paneli bu cür dizaynda reallaşdırılıb. Lakin Xiaomi 12S Ultra modeli yastı arxa panelə sahibdir. Xiaomi 13 Ultra modelinin arxa panel hissəsində yerləşən kamera sahəsi isə gövdədən bir qədər hündür yerləşdirilib.
        Kameraların özləri isə dairəvi sahənin daxilindədirlər. Fotodan da görmək olar ki, dairəvi sahədə Leica şirkətinin adı mövcuddur. Son məlumatlara əsasən Xiaomi 13 Ultra modeli Samsung E6 Super AMOLED ekran və 50 MP-lik kamera əldə edə bilər. Smartfonun nə zaman satışa çıxacağı məlum deyil. Qeyd etmək lazımdır ki, bu ayın sonunda Barselonada MWC 2023 sərgisi start götürəcək və Xiaomi artıq həmin sərgidə iştirakını təsdiqləyib. Gözləntilərə əsasən sərgi çərçivəsində şirkət Xiaomi 13 və Xiaomi 13 Pro smartfonlarının qlobal versiyalarını və eləcə də Xiaomi 13 Lite modelini təqdim edəcək. Lakin MWC 2023-də Xiaomi 13 Ultra-nın təqdimatı gözlənilmir. Bəzi insayderlərin sözlərinə əsasən şirkət Ultra modelini aprel ayında təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər