main-post-cover

    Xiaomi 13 Pro-nun əks olunduğu video internetdə ortaya çıxıb (VİDEO)

    Cihazlar+
    01.12.2022
    Farid Pardashunas
        İnternetdə Xiaomi 13 Pro flaqman smartfonunun əks olunduğu video ortaya çıxıb. Ortaya çıxmış videoda smartfonun xarici görünüşü ilə yanaşı həmçinin texniki özəllikləri və MIUI 14 istifadəçi interfeysinin görünüşü əks olunub. Sözügedən video onu təsdiqləyir ki, Xiaomi 13 Pro modeli kənarları bir qədər əyilmiş dizaynda reallaşdırılmış ekranı əldə edəcək. Smartfonun arxa panelində isə üç kamera obyektivi olacaq və onlar xüsusi kvadrat sahənin daxilində yerləşəcəklər.
        Xiaomi 13 Pro modeli qutudan MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacaq. Videoda görmək olar ki, smartfon 3.19 GHz tezlikdə çalışan Snapdragon prosessoru ilə təchiz olunub. Təbii ki, söhbət, Snapdragon 8 Gen 2-dən gedir. Bununla yanaşı smartfonun ayarlarında qeyd edilib ki, o, RAM yaddaşının virtual genişləndirilməsi funksiyasını dəstəkləyir. Videoda əks olunmuş Xiaomi 13 Pro modeli 128 GB daxili yaddaş həcminə sahibdir. Xiaomi 13 smartfon seriyası çox güman ki, gələn həftə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər