main-post-cover

    Xiaomi 13 Lite smartfonunun bəzi texniki özəllikləri məlum olub

    Cihazlar+
    10.01.2023
    Farid Pardashunas
        Xiaomi şirkəti yaxın zamanda Xiaomi 13 smartfon seriyası çərçivəsində yeni cihazını təqdim edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 13 smartfon seriyası 1 ay bundan öncə Çində təqdim edilmişdi. Təqdimat zamanı şirkət Xiaomi 13 və Xiaomi 13 Pro modellərini təqidm etmişdi. Lakin yaxın zamanda bu smartfon seriyasına həmçinin Xiaomi 13 Lite modeli də daxil olacaq. İndi isə Xiaomi 13 Lite modelinin bəzi texniki özəllikləri barəsində məlumat ortaya çıxıb. Belə ki, smartfon Google Play Console-un məlumatlar bazasında aşkar edilib. Beləliklə ortaya çıxmıış məlumatlara əsasən Xiaomi 13 Lite modeli Full HD+ keyfiyyətli ekran, Snapdragon 7 Gen 1 prosessoru və 8 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı Xiaomi 13 Lite Andorid 13 vasitəsilə çalışacaq.
        Smartfon barəsində digər bir məlumat olmasa da məlumatlar bazasında onun Ziyi kod adına sahib olduğu qeyd edilib. Bu isə o deməkdir ki, Xiaomi 13 Lite modeli böyük ehtimal ilə keçən ilin sentyabr ayında təqdim edilmiş Xiaomi CIVI 2 smartfonunun qlobal versiyası rolunda çıxış edəcək. Burdan da belə qənaətə gəlmək olar ki, Xiaomi 13 Lite 50 MP + 20 MP + 2 MP üçlü arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz oluna bilər. Xiaomi yeni smartfonunu böyük ehtimal ilə gələn ayın sonunda Barselonada start götürəcək MWC 2023 sərgisi çərçivəsində təqdim edəcək. Şirkət sərgidə iştirak edəcəyini artıq təsdiqləyib. Sərgi çərçivəsində şirkət həmçinin Xiaomi 13 və Xiaomi 13 Pro modellərinin qlobal versiyalarını da təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər