main-post-cover

    Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

    Cihazlar+
    25.05.2022
    Farid Pardashunas
        Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb. İnsayderlərin verdikləri məlumata əsasən ortaya çıxmış foto məhz Xiaomi 12S modelinə aiddir. Fotoda olan maraqlı nüans ondan ibarətdir ki, smartfonun arxa hissəsində Leica şirkətinin adı mövcuddur. Bu isə o deməkdir ki, Xiaomi yeni smartfonunun kameralarını Leica şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Qeyd etmək lazımdır ki, hələ bir neçə gün bundan öncə Xiaomi-nin Leica ilə əməkdaşlığa başladığı barəsində məlumatlar ortaya çıxmışdı. Əgər bu məlumat həqiqətə uyğundursa, deməli Leica şirkətinin kameraları növbəti Xiaomi smartfonlarında daha çox istifadə ediləcək. Hal hazırda Xiaomi 12S barəsində o qədər də çox məlumat yoxdur. Bəzi məlumatlarda qeyd edilib ki, smartfon 6.28 düym AMOLED ekran ilə təchiz oluna bilər. Bununla yanaşı Xiaomi 12S-in bir neçə müddət bundan öncə təqdim edilmiş yeni Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfonun nə zaman təqdim ediləcəyi də bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər