Xiaomi 12S, 12S Pro, 12S Pro Dimensity Edition və 12S Ultra təqdim edilib - QİYMƏTİ

Xiaomi 12S, 12S Pro, 12S Pro Dimensity Edition və 12S Ultra təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
04.07.2022 PAYLAŞIM

    Xiaomi şirkəti yeni smartfon seriyasını təqdim edib. Söhbət, Xiaomi 12S seriyasından gedir. Sözügedən smartfon seriyasına adi Xiaomi 12S ilə yanaşı həmçinin Xiaomi 12S ProXiaomi 12S Ultra da daxil olub. İlk öncə Xiaomi 12S və Xiaomi 12S Pro-dan başlayaq. Faktiki olaraq yeni smartfonlar keçən ilin sonunda təqdim edilmiş Xiaomi 12 ilə Xiaomi 12 Pro-nun bir qədər təkmilləşdirilmiş versiyalarıdır. Bu smartfonlar keçən ilki modellər ilə müqayisədə yüksəlmiş performansları və çalışma müddətləri ilə diqqəti cəlb edirlər. Beləliklə adi Xiaomi 12S modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.28 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib və ekranın özü Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Xiaomi 12S Pro modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.73 düym LTPO 2.0 AMOLED E5 ekran ilə təchiz olunub. Bu modelin də ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi ekran yerləşdirilib və ekranın özü Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib.


    Barmaq izi skanı texnologiyası hər iki smartfonda birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq hər iki smartfon kontaktsız ödənişlər üçün NFC çipə və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə sahibdir. Qeyd etmək lazımdır ki, həm Xiaomi 12S həm də Xiaomi 12S Pro 8 nüvəli Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışır. Smartfonlar 8/12 GB RAM və 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunublar. Kameralar baxımından adi Xiaomi 12S modeli 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 13 MP (f/2.4 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 5 MP (f/2.4 diafraqma, avtofokus, 5-7 sm fokus məsafəsi) üçlü arxa kameraya və 32 MP-lik (f/2.4 diafraqma, 80.5 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir. Xiaomi 12S Pro isə 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, 115 dərəcə bucaq əhatəsi) + 50 MP (f/1.9 diafraqma) üçlü arxa kameraya sahibdir. Xiaomi 12S Pro-da olan ön kamera adi Xiaomi 12S-in ön kamerası ilə eynidir.

    Bu smartfonların arxa kameraları 4K 8K keyfiyyətlərində videolar çəkə bilirlər. Onu da qeyd etmək lazımdır ki, Xiaomi-nin yeni smartfon seriyasının kameraları Leica şirkəti tərəfindən hazırlanıb. Adi Xiaomi 12S modeli 67 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 4500 mAh, Xiaomi 12S Pro modeli isə 120 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 4600 mAh enerji tutumu batareya ilə təchiz olunub. Smartfonlar həmçnin 10 vatt gücündə ikitərəfli şarj texnologiyasının dəstəyinə də sahibdirlər. Bu isə o deməkdir ki, sözügedən smartfonlar vasitəsilə naqilsiz qulaqlıqlar kimi aksesuarları şarj etmək mümkündür. Sözügedən smartfonlar MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışırlar.

    Təqdimat çərçivəsində həmçinin Xiaomi 12S Pro-nun Dimensity Edition adlı xüsusi versiyası təqdim edilib. Sözügedən versiya prosessoru, batareya həcmi və arxa kamera göstəriciləri ilə adi Xiaomi 12S Pro-dan fərqlənir. Beləliklə Xiaomi 12S Pro Dimensity Edition modeli 8 nüvəli MediaTek Dimensity 9000+ prosessoru və 120 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi Xiaomi 12S Pro kimi 12S Dimensity Edition modeli də 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Xiaomi 12S Pro Dimensity Edition-un arxa kameraları Xiaomi 12S-in arxa kameraları ilə eynidir. Təqdim edilmiş bu smartfonların satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi 12S - 599$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 12S - 642$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 12S - 702$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 12S - 777$

- 8 GB RAM-a və 128 GB yaddaşa sahib Xiaomi 12S Pro - 702$

- 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 12S Pro - 747$

- 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 12S Pro - 807$

- 12 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 12S Pro - 881$

- 128 GB yaddaşa sahib Xiaomi 12S Pro Dimensity Edition - 597$

- 256 GB yaddaşa sahib Xiaomi 12S Pro Dimensity Edition - 672$.

    İndi isə keçək Xiaomi 12S Ultra smartfonuna. Şirkət sözügedən smartfonun hazırlanması zamanı əsas diqqətini onun kameralarına ayırıb. Belə ki, Xiaomi 12S Ultra modeli 1 düym ölçüsündə olan kamera sensoru ilə təchiz olunub. Bu isə rekord göstəricidir. Smartfon 1-120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.73 düym LTPO 2.0 AMOLED E5 ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib və ekranın özü Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfonda kontaktsız ödənişlər üçün NFC çipi və Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər reallaşdırılıb.

    Əsas texniki göstəricilər baxımından smartfon Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50.3 MP (f/1.9 diafraqma, 23 mm-ə ekvivalent fokus məsafəsi) + 48 MP (f/2.2 diafraqma, 128 dərəcə bucaq əhatəsi, avtofokus, 13 mm fokus məsafəsi) + 48 MP (f/4.1 diafraqma, optik stabilizasiya, 120 qat rəqəmsal zoom) üçlü arxa kamera, 32 MP-lik (f/2.4 diafraqma, 80.5 dərəcə bucaq əhatəsi) ön kamera,  67 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib 4860 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq smartfon 10 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Xiaomi 12S Ultra-ya Surge G1 adlı çip inteqrasiya edilib və bu çip şarj prosesinin idarəsindən cavabdehdir. O öz növbəsində batareyanın fəaliyyət dövrünü uzadır və şarj prosesinin efffektivliyini yüksəldir. Xiaomi 12 Ultra-nın satış qiymətləri aşağıdakı kimidir:

- 8 GB RAM + 256 GB yaddaş - 896$

- 12 GB RAM + 256 GB yaddaş - 971$

- 12 GB RAM + 512 GB yaddaş - 1046$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×