Xiaomi 12 smartfonunun rəsmi render fotoları təqdim edilib

Xiaomi 12 smartfonunun rəsmi render fotoları təqdim edilib

Mobil Cihazlar
24.12.2021 PAYLAŞIM

    Xiaomi şirkəti 28 dekabr tarixində Xiaomi 12 flaqman smartfon seriyasını təqdim edəcək. İndi isə OnLeaks ləqəbli məşhur insayder Xiaomi 12 smartfonunun rəsmi render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 12-nin arxa paneli Xiaomi Mi 11-in xüsusi versiyasının arxa panelinə bənzəyir. Smartfonun arxa panelində 3 ədəd kamera yerləşdirilib və onlardan ən əsası böyük ölçülü obyektivə sahibdir. Məlumata əsasən həmin obyektiv 50 MP-lik olacaq.


    Ön paneldən smartfon 6.28 düym ekran ilə əhatə edilib və ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılıb. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ümumilikdə Xiaomi 12-nin xarici görünüşü Xiaomi Mi 11T Mi 11T Pro modellərini xatırladır. Əvvəlki məlumat sızıntılarına əsasən Xiaomi 12 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Snapdragon 8 Gen 1 prosessoru və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi K60 gözlənildiyindən daha tez satışa çıxa bilər

Belə ki, sözügedən smartfonun istehsalına artıq start verilib.


Xiaomi 13 Pro-nun əks olunduğu video internetdə ortaya çıxıb (VİDEO)

İnternetdə Xiaomi 13 Pro flaqman smartfonunun əks olunduğu video ortaya çıxıb.


Redmi K60E smartfonu Geekbench testlərindən keçib

Bir neçə müddət bundan öncə məlum oldu ki, Redmi brendi Redmi K60 smartfon seriyası üzərində çalşır...


Xiaomi 13-ün dəqiq şəkildə əldə edəcəyi texniki özəlliklər məlum olub..

Xiaomi 13 smartfonunun bugünki təqdimatının təxirə salınmasına baxmayaraq onun barəsində məlumatlar ..


Qatlana bilən Samsung Galaxy Z Flip 5 barəsində ilk məlumatlar verilib

Samsung-un hələ bir neçə müddət bundan öncə qatlana bilən Galaxy Z Flip 4-ü təqdim etməsinə baxmayar..


Moto X40 Pro flaqman smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

OneLeaks ləqəbli məşhur insayder Motorola-nın növbəti flaqman smartfon modelinin keyfiyyətli render ..

×