Xiaomi 12 Lite smartfonunun bəzi texniki özəllikləri barəsində məlumat verilib

Xiaomi 12 Lite smartfonunun bəzi texniki özəllikləri barəsində məlumat verilib

Mobil Cihazlar
23.02.2022 PAYLAŞIM

    Verilmiş yeni məlumata əsasən Xiaomi 12 smartfon seriyası daha bir model ilə genişlənə bilər. Söhbət, Xiaomi 12 Lite modelindən gedir. Məlumata əsasən ölçü baxımından Xiaomi 12 Lite modeli adi Xiaomi 12-dən daha böyük olacaq. Xarici görünüşcə Lite model adi Xiaomi 12-yə bənzəyəcək. Məlumata əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym OLED ekran ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, adi Xiaomi 12 modeli 6.28 düym ekran ilə təchiz olunub.


    Məlumatda həmçinin qeyd edilib ki, Xiaomi 12 Lite üçlü arxa kamera ilə təchiz olunacaq və əsas kamera obyektivi 64 MP-lik olacaq. Lakin kameralardan biri optik stabilizasiya sisteminə sahib olmayacaq. Digər texniki göstəricilər baxımından smartfonun Snapdragon 778G Plus və ya Snapdragon 700 seriyasına daxil digər güclü prosessor və stereo səsgücləndiricilər ilə təchiz olunmalıdır. Smartfon qutudan MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışacaq. Xiaomi 12 Lite smartfonu artıq gələn ay təqdim oluna bilər.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×