Xiaomi 12 Lite smartfonu təqdim edilib - QİYMƏTİ

Xiaomi 12 Lite smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
04.07.2022 PAYLAŞIM

    Xiaomi şirkəti öncədən heç bir anons etməyərək sakit şəkildə Xiaomi 12 Lite smartfonunu təqdim edib. Sözügedən smartfon performanslı texniki özəlliklər, 108 MP-lik əsas arxa kamera, yüksək sürətli şarj texnologiyası və aktual Android versiyası əldə edib. Beləliklə Xiaomi 12 Lite smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq smartfonun ekranı HDR10+Dolby Vision texnologiyalarını dəstəkləyir. Həmçinin ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi 12 Lite modeli 8 nüvəli Snapdragon 778G prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun gövdsi IP53 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Xiaomi 12 Lite MIUI 13 interfeysli Android 12 vasitəsilə çalışır. Smartfonun satışlarına 9 iyul tarixində start veriləcək. Onun qiyməti 590$-dan başlayacaq.



DAHA ÇOX


Gələn ilki Samsung Galaxy S24 Ultra-nın kameraları ilə bağlı məlumat verilib..

Samsung gələn ilin əvvəlində ənənəyə sadiq qalaraq Galaxy S seriyasının yeni smartfonlarını təqdim e..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 Ultra təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti Motorola RAZR 40 ilə yanaşı onun daha flaqman versiyası olan Motorola RAZR 40 Ultra..


Qatlana bilən qapaqlı Motorola RAZR 40 təqdim edilib - QİYMƏTİ

Motorola şirkəti qatlana bilən qapaqlı yeni Motorola RAZR 40 smartfonunu təqdim edib.


Google Pixel 8 barəsində məlumat verilib

Artıq məlumdur ki, Google şirkəti bu ilin payız fəslində təqdim olunacaq Pixel 8 və Pixel 8 Pro smar..


Samsung Galaxy S23 Ultra-nın maya dəyərinin nə qədər təşkil etdiyi məlum olub..

Samsung bu ilin əvvəlində Galaxy S23 smartfon seriyasını təqdim etmişdi.


Nothing Phone (2) barəsində yeni rəsmi məlumatlar təqdim edilib

Nothing şirkəti öz yeni smartfonu olacaq Nothing Phone (2) barəsində məlumatları təqdim etməyə davam..

×