Xiaomi 12 flaqman smartfonunun dizaynı ortaya çıxıb
Cihazlar+
21.12.2021
Farid Pardashunas
İnternetdə Xiaomi 12 flaqman smartfon seriyasının təqdimatı ilə bağlı reklam bannerləri ortaya çıxıb. Bundan əlavə olaraq Xiaomi şirkətinin rəhbərləri Weibo sosial şəbəkəsində sözügedən smartfon seriyasının modellərini əhatə edən posteri də təqdim ediblər. Beləliklə təqdim olunacaq yeni Xiaomi smartfonlarının dizaynlarına nəzər yetirmək imkanı yaranıb. Təqdim edilmiş yeni reklam bannerinə əsasən Xiaomi 12 smartfon seriyası 28 dekabr tarixində təqdim olunacaq. Bu flaqman seriyaya 3 smartfon daxil olacaq: Xiaomi 12, Xiaomi 12X və Xiaomi 12 Pro. Qeyd etmək lazımdır ki, sözügedən modellər müvafiq kod nömrələri ilə birlikdə bir neçə müddət bundan öncə 3C və TENAA adlı sertifikatlaşdırma mərkəzinin məlumatlar bazasında ortaya çıxmışdılar.
Təqdim edilmiş reklam bannerində Xiaomi 12 seriyasının fərqli ölçülərə sahib 2 modeli təsvir olunub. Hər iki smartfon nazik çərçivələrə sahib ekran ilə təchiz olunub. Bundan əlavə olaraq ekranların yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi 12 və Xiaomi 12 Pro modelləri Snapdragon 8 Gen 1 prosessoru, Xiaomi 12X modeli isə Snapdragon 870 prosessoru ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən şirkət 2022-ci ilin əvvəlində həmçinin Xiaomi 12 Ultra modelini də təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək