main-post-cover

    Ucuz qiymət və böyük batareya həcmi: Poco C3 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    06.10.2020
    Farid Pardashunas
        Poco brendi MediaTek prosessoru əsasında çalışan yeni büdcəli Poco C3 smartfon modelini təqdim edib. Büdcəli qiymətdən əlavə olaraq bu smartfon böyük ekrana, üçlü arxa kameraya, böyük həcmli batareyaya və orijinal arxa panel dizaynına sahibdir. Poco C3 smartfonu 1600x720 piksel keyfiyyətli 6.53 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə smartfon MediaTek Helio G35 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, 13 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.2 diafraqmalı makroobyektiv) + 2 MP (f/2.4 diafraqmalı ToF sensor) üçlü arxa kamera, 5 MP-lik (f/2.2 diafraqma) ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Poco C3 modeli MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satışlarına Hindistanda 16 oktyabr tarixində start veriləcək. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib model 103$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model isə 116$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər