Tərtibatçılar iPhone 12 modellərinin hansı RAM göstəricilərinə sahib olduqlarını öyrəniblər

Tərtibatçılar iPhone 12 modellərinin hansı RAM göstəricilərinə sahib olduqlarını öyrəniblər

Mobil Cihazlar
15.10.2020 PAYLAŞIM

    Öz smartfonlarının təqdimatı zamanı Apple şirkəti əsasən prosessora və kameralara diqqət ayıraraq smartfonların RAM göstəriciləri ilə batareya həcmləri barəsində məlumat vermir. iPhone 12 modellərinin təqdimatları da istisna olmadı. Lakin tərtibatçılar iPhone 12 smartfonlarının açıqlanmamış özəlliklərindən birini ortaya çıxarda biliblər. Bu barədə 9to5mac saytı xəbər verib. Apple ekosisteminin platformaları üçün nəzərdə tutulmuş Xcode tərtibatçılıq alətində tərtibatçılar yeni iPhone 12 modellərinin RAM göstəriciləri barəsində məlumatı aşkar ediblər.


    Beləliklə aşkar edilmiş məlumata əsasən iPhone 12 və iPhone 12 mini modelləri 4 GB RAM, iPhone 12 ProiPhone 12 Pro Max modelləri isə 6 GB RAM ilə təchiz olunublar. Bundan əlavə olaraq Geekbench bençmark saytının məlumatlar bazasında 13.3 kod nömrəsinə sahib bilinməyən iPhone modelinin test nəticələri aşkar edilib. Güman olunur ki, Geekbench testlərindən keçmiş model məhz iPhone 12 Pro-dur.

    Smartfon Geekbench-in birnüvəli testində 1590 xal, çoxnüvəli testində isə 3120 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 Pro smartfonu Geekbench-in birnüvəli testində 1300 xal, çoxnüvəli testində isə 3300 xal toplayır. Bu cür göstəricilər onu göstərir ki, iPhone 12 Pro modelinin çoxnüvəli performansı aşağı salınıb. Onu da qeyd etmək lazımdır ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməyib. Smartfonların əsl performans nəticələrini onların yalnız satışa çıxmalarından sonra bilmək olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ..

Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman sm..


Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ..

OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli s..


iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shiel..


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..


Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Ma..


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..

×