Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

Təqdimatdan bir neçə saat öncə iPhone 13-ün real fotosu ortaya çıxıb

Mobil Cihazlar
14.09.2021 PAYLAŞIM

    Bugün axşam Apple şirkəti növbəti təqdimat tədbirini keçirdəcək. Baş tutacaq tədbirdə şirkət iPhone 13 smartfon seriyasını təqdim edəcək. Lakin təqdimat tədbirinə bir neçə saat qalmış internetdə yeni iPhone 13 modellərindən birinin real fotosu ortaya çıxıb. iPhone 13-ün arxa panelinin fotoları dəfələrlə internetdə ortaya çıxıb. Həmin fotolardan görmək olardı ki, iPhone 13 ilə iPhone 12 arasında dizayn fərqi olmayacaq. iPhone 13-ü keçən ilki iPhone 12-dən fərqləndirəcək əsas cəhət ondan ibarət olacaq ki, o, ekran üzərində daha kiçik ölçülü çıxıntı hissə ilə təchiz olunacaq. Beləliklə ortaya çıxmış fotodan da görmək olar ki, iPhone 13-ün ekranı üzərində olacaq çıxıntı hissənin ölçüsü həqiqətən də kiçilib. Bunun hesabına ekranın yuxarı hissəsində əks olunan məlumat ikonlarının sayı artıb. Bura əsasən batareya enerjisinin göstəricisi daxildir. Beləliklə iPhone 13 istifadəçisi batareya enerjisinin neçə faiz qaldığını bilmək üçün artıq bildirişlər panelini açmalı olmayacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 13 ön sifariş rekordu qırmağa başlayıb

14 sentyabr tarixində Apple şirkəti yeni iPhone 13 smartfon seriyasının təqdimatını keçirtdi...


Xiaomi 11T, 11T Pro və 11 Lite 5G NE smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş qlobal təqdimat çərçivəsində şirkət yeni smartfonlarını təqdim edib. Sö..


Son Dəqiqə: Apple iPhone 13 təqdim olundu - QİYMƏTİ

Apple şirkəti təqdimat tədbiri çərçivəsində yeni iPhone 13 smartfonlarını təqdim edib.


Məşhur analitik iPhone 13 modellərinin sahib olacaqları daxili yaddaş həcmi barə..

Məşhur analitik Ming-Chi Kuo bildirib ki, bu il Apple şirkəti iPhone 13 modellərini daha yüksək star..


Məşhur insayder Samsung şirkətinin yeni Galaxy Note üzərində çalışdığını bildiri..

Ice Universe ləqəbli məşhur insayder Galaxy Note smartfon seriyasının ləğv olunması barəsində yayılm..


Samsung şirkəti Galaxy Note ticarət nişanına aid hüquqlarının müddətini uzatmayı..

Artıq açıq-aydın məlumdur ki, Samsung şirkəti bu il Galaxy Note 21 smartfon seriyasını təqdim etməyə..

×