Samsung yeni büdcəli Galaxy A24 smartfonunu anons edib

Samsung yeni büdcəli Galaxy A24 smartfonunu anons edib

Mobil Cihazlar
17.03.2023 PAYLAŞIM

    Samsung şirkətinin rəsmi saytında Galaxy A seriyasının yeni smartfonunun adı ortaya çıxıb. Söhbət, Galaxy A24-dən gedir. İnsayderlər isə şirkət tərəfindən hazırlanan bu yeni büdcəli smartfonun texniki özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumata əsasən Galaxy A24 modeli xarici görünüşcə bir neçə gün bundan öncə təqdim edilmiş Galaxy A34 ilə A54-ə bənzəyəcək.


    O, 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A24 smartfonu Snapdragon 680 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 5 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 13 MP-lik (f/2.0 diafraqma) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfon yaxın müddətdə təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×