main-post-cover

    Samsung şirkətinin Galaxy S21 smartfon seriyasının təqdimat tarixi ortaya çıxıb

    Cihazlar+
    18.10.2020
    Farid Pardashunas
        Galaxy Note 20 smartfon seriyasının təqdimatından sonra Samsung şirkəti özünün növbəti flaqman smartfon seriyasına diqqət ayırdı. İndi isə internetdə Galaxy S21 seriyasının təqdimat tarixi ortaya çıxıb. Belə ki, Sammobile saytının Asiyadakı anonim mənbələrinə istinadən verdiyi məlumata əsasən Samsung şirkəti yeni Galaxy S seriyasını yanvar ayının əvvəlində təqdim edəcək.
        Çox güman ki, şirkət təqdimatı online formatda keçirdəcək. Yeni Galaxy S seriyasının daha tez təqdim olunacağını həmçinin bəzi hesabatlar da təsdiqləyirlər. Həmin hesabatlara əsasən Galaxy S21 smartfonları üçün nəzərdə tutulmuş komponentlərin istehsalına artıq start verilib. Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan Galaxy S20 smartfon seriyası bu ilin fevral ayının 11-də təqdim olunmuşdu.
        Lakin yeni Galaxy S seriyasının təqdimatı baxımından Samsung şirkətinin nəyə görə tələsdiyi bilinmir. Səbəblər çox ola bilər. Ola bilər ki, şirkət bu şansdan istifadə edib Huawei şirkətini geridə qoymaq niyyətindədir. Bəlkə də şirkət sadəcə olaraq Galaxy S21 ilə Galaxy S21 Fan Edition arasındakı zaman intervalını yüksəltmək istəyir. Bəzi məlumatlara əsasən Galaxy S21 Fan Edition modeli 2021-ci ilin ikinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər