main-post-cover

    Samsung şirkəti Galaxy Note 20 smartfonlarını fərqli kateqoriyaya aid edəcək: Hansı kateqoriya?

    Cihazlar+
    03.08.2020
    Emil Nəcəfov
        Heç kim şübhə etmir ki, müasir smartfonlar performans baxımından əla nəticələr sərgiləyirlər və yüksək tələblərə sahib oyunları rahatlıqla işə salırlar. Lakin bu cür smartfonlar məhz gamer smartfonlar kateqoriyasına aid edilirlər. Gamer smartfonlar öz dizaynları ilə fərlqənirlər və onlarda əsas diqqət sistem göstəricilərinə, soyutma sisteminə, səs keyfiyyətinə və gamerlər üçün önəmli olan digər göstəricilərə ayrılır. Lakin görünür, Samsung şirkəti tamamilə fərqli strategiya üzrə gedəcək.
        Bu barədə Mysmartprice saytı xəbər verib. Beləliklə məşhur hindistanlı insayder Ishan Agarwal-ın verdiyi məlumata əsasən Samsung şirkəti təqdim olunacaq Galaxy Note 20 seriyasının smartfonlarını gamer smartfonlar kateqoriyasına aid edəcək. Əvvəlki Galaxy Note seriyalarında bu cür hala rast gəlinməmişdi. Belə ki, bəzi regionlarda Galaxy Note 20 modelləri 3 aylıq pulsuz Xbox Game Pass abunəliyi ilə satılacaq.
        Qeyd etmək lazımdır ki, bu, Microsoft şirkətinin abunəlik sistemidir və Xbox One oyun konsolu ilə Windows 10-da istifadə etmək üçün nəzərdə tutulub. Bununla yanaşı Galaxy Note 20-ni bəzi regionlarda ön sifariş edəcək istifadəçilər qulaqlıqlar əvəzinə Xbox konsolu üçün nəzərdə tutulmuş MOGA X5-X+ adlı gamepad əldə edəcəklər. Təbii ki, Xbox Game Pass abunəliyi ilə gamepad Galaxy Note 20 smartfonlarını tamamilə gamer smartfonlar kateqoriyasına aid etməyəcək. Bununla yanaşı çətin ki, bu cür üstünlüklər təqdim olunacaq smartfonları gamerlər arasında məşhur etsin.
    Linki kopyala