main-post-cover

    Samsung şirkəti də öz smartfonlarının qutularını bu aksessuardan məhrum etməyi planlaşdırır

    Cihazlar+
    09.07.2020
    Emil Nəcəfov
        Bir sıra analitiklərin proqnozlarına əsasən bu il təqdim olunacaq iPhone 12 modellərinin qutularında şarj cihazı olmayacaq. Görünür, Samsung şirkəti də bu cür ideyanı dəstəkləmək niyyətindədir. Belə ki, bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Samsung şirkəti də öz smartfonlarının qutularındakı şarj cihazlarından imtina edə bilər. Lakin şirkət hələ yekun qərar verməyib.
        Bu barədə Gagadget saytı xəbər vrib. Qeyd etmək lazımdır ki, söhbət, məhz şarj adapterindən gedir. Bu halda istifadəçilər şarj üçün olan USB naqili əldə edəcəklər. Görünür, şarj cihazından heç də bütün Samsung smartfonları məhrum olmayacaqlar. Məlumatda qeyd edilib ki, Samsung gələn il bu ideyanı bir neçə smartfon modelində test etməyi planlaşdırır.
        Söhbətin hansı smartfon modellərindən getdiyi məlum deyil. Bu məsələdə Samsung-un arqumentləri Apple şirkətinin arqumentlərinə bənzəyir: Ətraf mühitin qorunması, resurslara qənaət və əlavə şarj cihazlarından azad olmaq. Belə ki, bir çoxlarının evlərində köhnə şarj cihazları hələ də mövcuddur və onlardan istifadə etmək olar. Ehtiyac halında isə şarj cihazını ayrıca almaq mümkündür.
    Linki kopyala